Yaşıl dünya naminə həmrəy olmağa davam edirik

   67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə V "b" sinif şagirdləri məktəbin həyətyanı sahəsində abadlıq işləri apararaq "Yaşıl dünya naminə həmrəylik ili" aksiyasına qoşulublar.

Şagirdlər öncə müəllimin maarifləndirici məlumatlarını dinləyərək həyətyanı sahədə olan bitkilərlə tanış olublar. Daha sonra ziyanlı otları təmizləyiblər, orada olan faydalı bitkiləri, ağac və gülləri suvarıblar. Həyətyanı sahənin boş əraziləri yeni ağac və güllərin əkilməsi üçün hazırlanıb.

Sonda məktəbin həyətyanı sahəsində müəllim və şagirdlər xatirə şəkli çəkdiriblər.

Hər kəsi yaşıl dünya naminə həmrəy olmağa, yaşıllaşdırma işlərində aktivlik göstərməyə çağırırıq.

#YaşılDünyaNaminəHəmrəylikİli

#Məktəb_67

#EduAz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi