Şagirdlərimiz Zoologiya Muzeyində

 67 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən VMA təşkilatçılığı ilə növbəti ekskursiya həyata keçirilib.

Məktəbin V "ə" sinif şagirdləri onlara rəhbərlik edən riyaziyyat müəllimi Ceyran Quliyeva ilə birlikdə Zoologiya Muzeyinə ekskursiya ediblər.

Qeyd edək ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən Respublikanın faunası öyrənilərkən əldə edilən nümunələr Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəkilində toplanması, saxlanması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi İnstitutda Zooloji Muzeyin yaradılması üçün zəmin olmuşdur. Biomüxtəlifliyin öyrənilməsi, qorunub saxlanılması və təbliği məqsədi ilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə Zoologiya İnstitutunda Zooloji Muzey yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi