Şagirdlərimiz Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar.

 Azərbaycan Valideyn Müəllim Assosiasiyası İctimai Birliyinin 67 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən 1 nömrəli filialı tərəfindən şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif maarifləndirici ekskursiyalar, əyləncəli tədbirlər təşkil olunmağa davam edir.

Məktəbin VII "f" sinif şagirdləri və onlara rəhbərlik edən ingilis dili müəllimi Nərminə Qurbanova Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya bələdçisininin eksponatlarla bağlı maarifləndirici söhbətini maraqla dinləyən şagirdlər muzeydən xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılıb. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeyləridən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sair canlı olaraq qorunub saxlanılıb. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair nümayiş etdirilir. 2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmış və karvansara-restoran fəaliyyətə başlamışdır.

Belə maraqlı və maarifləndirici ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkür edir, şagirdlərimizi asudə vaxtlarını səmərəli keçirməyə dəvət edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi