Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində silsilə tədbirlər davam edir

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə VI "f" sinfində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə müəllim və şagirdlər mövzuya aid müxtəlif təqdimatlar nümayiş etdiriblər.

Təqdimatlar "Ekoloji tarazlığın qorunması", "Su ehtiyatlarının mühafizəsi", "Geri dönüşüm və faydaları", "İşğaldan azad olunmuş ərazilərimizə düşmənin vurduğu ziyan", "Prezident İlham Əliyevin əmri ilə aparılan abadlıq işləri", "Yaşıl dünya, sağlam həyat" mövzularını əhatə edib. Təqdimatları əhatə edən videoçarxlar olduqca böyük marağa səbəb olub.

Sonda Məleykə Muradova çıxış edərək bütün şagirdləri yaşıl dünya naminə həmrəy olmağa və müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi bu istiqamətdə öhdələrinə düşəni etməyə çağırıb.

#YaşılDünyaNaminəHəmrəylikİli

#Məktəb_67

#EduAz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi