Şagirdlərimiz “Şahin” hərbi-idman oyunları üzrə Sabunçu rayon birinciliyində iştirak ediblər

5 aprel 2024-cü il tarixində Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən A.Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, rayonun ümumtəhsil müəssisələrinin direktorları, şagird-müəllim heyəti iştirak ediblər.

Yarışa qatılan X sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıblar.

Yarışın nəticəsinə görə 67 nömrəli tam orta məktəb I yerə, 169 nömrəli tam orta məktəb II yerə, 148 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb. Qalib komandalar kubok və diplomlarla təltif olunublar.

Qeyd edək ki, 67 nömrəli tam orta məktəbi təmsil edən "Kəşfiyyatçılar" komandasının baş məşqçisi məktəbin hərbi rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov, məşqçisi fiziki tərbiyə müəllimi Ramin Eminov olub. Fiziki tərbiyə müəllimləri Xəyalə Aslanova, Zaur Nurməmmədov, Kamil İsmayılov və Mahir Əliyev komandanın hazırlanmasında yaxından iştirak ediblər.

Başda 67 nömrəli tam orta məktəbin komandası olmaqla, bütün qalibləri kollektivimiz adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

 

https://youtube.com/shorts/H75MVQwbIoY?si=YOAcDWFmteIt8QRD

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi