Möhtəşəm qarşılama

  67 nömrəli tam orta məktəbin "Kəşfiyyatçılar" komandası 5 aprel 2024-cü il tarixində Sabunçu rayonu üzrə 47 məktəb arasında keçirilən "Şahin" hərbi-idman yarışında çempion olub. Möhtəşəm qələbə sevincini bölüşmək və çempionları layiqincə təbrik etmək məqsədilə məktəbin direktoru İradə Bayramovanın təşkilatçılığı ilə təntənəli qarşılama mərasimi keçirilib.

Böyük sevinc və qürur hissi ilə qalib komandanın qazandığı kuboku Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi, hərbi rəhbər Muraz Sadıqov məktəb rəhbərliyinə təqdim edib. Daha sonra məktəbin direktoru İradə Bayramova çıxış edərək qalibləri və onların üzərində əməyi olan bütün müəllimləri təbrik edib və onlara xoş arzularını çatdırıb.

Məktəbimizi uğurla təmsil edən "Kəşfiyyatçılar" komandasını, onların yüksək səviyyədə hazırlanmalarında əməyi olan bütün müəllimləri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi