Şagirdimiz Sabunçuda keçirilən elmi-praktiki konfransda iştirak edib

 67 nömrəli tam orta məktəbin X "a" sinif şagirdi Mədinə Muradova Sabunçu rayonunda keçirilən elmi-praktiki konfransda iştirak edib.

4 aprel 2024-cü il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Layihənin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.

Qeyd edək ki, layihədə iştirak edən və rayon üzrə ilk beşlikdə yer alan şagirdimiz Mədinə Muradovanın elmi rəhbəri məktəbin tarix müəllimi Gülnar Həbibova olub.

Mədinə Muradova rayon üzrə ilk beşlikdə yer alan digər məktəblilərlə birlikdə Sabunçu rayonunu Bakı şəhəri üzrə keçirilən paytaxt turunda təmsil edəcək.

Şagirdimizə və rayonumuzu təmsil edən bütün məktəblilərə uğurlar diləyir, layihənin təşkilində və şagirdlərin üzərində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi