Balaca fidanlar "Yaşıl dünya naminə həmrəylik ili" layihəsinə qoşulublar

 67 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində silsilə tədbirlər davam edir.

Məktəbin biologiya müəllimi Məleykə Muradova rəhbərlik etdiyi V "b" sinfində "Hər fidana bir çiçək" adlı aksiya keçirib. Aksiya iştirakçıları olan şagirdlər hər biri bir çiçəklə sinif otağını bəzəyiblər. Daha sonra sinif rəhbəri Məleykə Muradova şagirdlərə həm gətirdikləri çiçəklər haqqında məlumat verib, həm də dünyanın yaşıllaşdırılmasının insanlar üçün nə kimi əhəmiyyət kəsb etdiyini izah edib.

Məleykə Muradova qeyd edib ki, hər məktəb kiçik bir dünyadır. Yaşıl dünya naminə həmrəy olmağa öz kiçik dünyamızdan, məktəbimizdən başlayaq.

Ümid edirik ki, bu layihəyə qoşulan, yaşıl dünya naminə həmrəy olan müəllimlər, valideynlər və məktəblilər çox olacaq.

https://youtu.be/hWOQ5Zj4fs4?si=jBzZq1ZJZx7pnIe6

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi