Vətənimizin qəhrəman oğulları

21.02.2017-ci il tarixində Suraxanı rayonu Hövsan qəsəbəsi 280№-li məktəbin şagirdləri tarix müəllimləri Səidə Nəbiyeva ilə birlikdə məktəbimizdə qonaq oldular. Qonaqlarımızın gəliş səbəbi Daşaltı döyüşlərində iştirak etmiş, Xocalı soyqırımının dəhşətli mənzərəsinə şahid olmuş məktəbimizin GÇH müəllimi Əhmədov Oktayla tanış olmaq, onun Xocalı ilə bağlı ağır və unudulmaz xatirələrini dinləmək idi. Oktay müəllim şagirdlərlə öz xatirələrini bölüşdü, danışdıqca göz yaşlarını gizlədə bilmədi. Oktay müəllimin xatirələri qonaqlarımızı da qəhərləndirdi. Qonaqlar daha sonra məktəbimizin maraqlı guşələri ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi