Riyaziyyat fənnindən nümunəvi dərs keçirilib

 67 nömrəli tam orta məktəbin IV "h" sinfində ibtidai sinif müəllimi Kristina Hacıyevanın rəhbərliyi ilə riyaziyyat fənnindən nümunəvi dərs keçirilib.

Dərsi dinləmək məqsədilə məktəbin direktor müavinləri Yeganə Muradova və Təranə Əsədova, ibtidai sinif müəllimləri Zöhrə Musayeva və Növrəstə Nuriyeva qonaq olublar.

Nümunəvi dərsin təşkilində əsas məqsəd şagirdlərin fənnə marağının artırılması, onlarda əməkdaşlıq qabiliyyətinin formalaşdırılması, təcrübəli müəllimlərin fikir və təkliflərinin öyrənilməsi və yayılması, zəifliklərin aşkar olunaraq aradan qaldırılması olub.

Dərsin sonunda direktor müavinləri Yeganə Muradova və Təranə Əsədova çıxış edərək öz təəssüratlarını bölüşüblər. Həmçinin maraqlı dərsin təşkilinə görə Kristina Hacıyevaya təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi