Məktəbdə Riyaziyyat gecəsi keçirilib

  67 nömrəli tam orta məktəbin ibtidai siniflərində direktor müavini Yeganə Muradovanın təşkilatçılığı, ibtidai sinif müəllimlərinin dəstəyi ilə Riyaziyyat gecəsi keçirilib.

Riyaziyyat gecəsinin keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması, onlarda məntiqi təfəkkürün inkişaf etdirilməsi, fənnin əylənərək öyrənilməsinin təbliğ edilməsi olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirə start verilib. Daha sonra şagirdlərin ifasında maraqlı, əyləncəli çıxışlar ifa edilib.

Sonda məktəbin direktoru İradə Bayramova çıxış edərək öz fikir və təəssüratlarını iştirakçılarla bölüşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi