Məktəb kollektivinin möhtəşəm əl işi

 67 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı münasibətilə, bayram sovqatlarından ibarət möhtəşəm əl işi hazırlayıb.

Azərbaycanın xəritəsini əks etdirən əl işində Respublikamızın ayrı-ayrı bölgələri müxtəlif bayram təamları ilə bəzədilib.

Qeyd edək ki, hazırlanan əl işi 20 mart 2024-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində keçirilən Novruz bayramına həsr olunmuş tədbirdə nümayiş etdirilib.

Məktəb kollektivi adından hər birinizi Novruz bayramı münasibətilə təbrik edir, uğurlu və sağlam həyat arzulayırıq.

Bayramın mübarək, Azərbaycan!

#Novruz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi