Bayram sevinci paylaşdıqca artar

 67 nömrəli tam orta məktəbin texniki işçilərinə müəllim kollektivi və rəhbərlik tərəfindən bayram sovqatı hədiyyə edilib.

Novruz ruzi-bərəkət rəmzidir. "Xoşbəxtlik və ruzi paylaşdıqca artar" devizini əsas tutaraq bayram ərəfəsində məktəbin texniki heyətini sevindirmək və onların bayramını təbrik etmək məqsədilə onlara Novruz sovqatlarından ibarət xonçalar paylanılıb.

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Bayram sovqatını doğma və yaxınlarla paylaşmaq gözəl adətlərdən biridir.

Hər birinizi bayram münasibətilə təbrik edir, evlərinizə bol ruzi-bərəkət, xoşbəxtlik arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi