Beynəlxalq Ana Dili Gününə həsr olunmuş yarışın qalibləri mükafatlandırılıb

  67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Bayramovanın təşkilatçılığı, Ülviyyə Qarayeva, Zülfiyyə Ələsgərova və Şəfəq Məmmədovanın dəstəyi ilə keçirilən "Dilim varsa, mən də varam" adlı əyləncəli, intellektual yarışın qalibləri Novruz bayramı ərəfəsində mükafatlandırılıb.

Qeyd edək ki, yarışda VII sinif şagirdlərindən ibarət 9 komanda iştirak edib. 5 mərhələdən ibarət olan yarışda şagirdlər yalnız elm sahəsində deyil, həm də incəsənət sahəsində bacarıqlarını nümayiş etdiriblər. Yarışda I yerə VII "f" sinfi, II yerə VII "ç" sinfi, III yerə isə VII "b" sinfi layiq görülüb.

Əyləncəli, intellektual yarışda münsiflər heyəti qismində məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Gülnarə Bağırova, Təranə Əsədova, Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz İsmayılova, biologiya müəllimi Məleykə Muradova iştirak ediblər.

Qeyd edək ki, əyləncəli, intellektual yarışda şagirdlərlə yanaşı, münsiflər heyətinin üzvləri arasında da olduqca maraqlı musiqili müsabiqə keçirilib. Müsabiqənin qalibi direktor İradə Bayramova olub.

Qalibləri kollektivimiz adından təbrik edir, təşkilatçılara belə gözəl təşəbbüsə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi