Çərşənbə iməcilikləri. Su çərşənbəsi.

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Bu 4 ünsürü təbliğ edən ilaxır çərşənbələri milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. • Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. • İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.• Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Su saflıq, uzun ömürlülük rəmzidir. Su çərşənbəsində adətlərimiz üzrə bahar təmizliyinin ilk addımları atılır. Elə bu səbəbdən 21.02.2017-ci il tarixində məktəbimizdə su çərşənbəsi münasibəti ilə iməcilik keçirilmişdir. Növbəti həftələrdə iməciliyə valideyinləin də cəlb olunması planlaşdırılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi