Novruz bayramınız mübarək

 67 nömrəli tam orta məktəbdə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

Bayram şənliyində şagird və müəllim heyəti tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. İstedadlı şagirdlərin ifasında maraqlı rəqs və səhnəciklər nümayiş etdirilib, şeir və mahnılar ifa edilib. Həmçinin Novruzun adət-ənənələri xatırlanıb, maraqlı yarışlar keçirilib.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır.

Hər birinizi kollektivimiz adından təbrik edir, ruzi-bərəkətli, sağlam, xoşbəxt ömür arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi