Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin X "a" sinif şagirdi Mədinə Muradova Dünya TV-nin "Bu sabah" verilişində qonaq olub.

8 mart 2024-cü il tarixində Dünya TV-nin "Bu sabah" verilişində İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın Gülərsə" adlı görüş keçirilib. Görüşdə sevilən xanəndə Nemət Mirzəyev, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyininin sədri Vüsalə Qələndərli , istedadlı gənclərin dostu, psixoloq Nailə Qasımova, piano ifaçısı Xeyransa Ramazanova, gənc rəssam Nəzakət Süleymanova və gənc istedadlardan Mədinə Muradova, Ayan Cəfərli, Günəş Ramazanova, Cabir Verdiyev, Zəhra Dadaşzadə, Pərvanə Hüseynli, Ələkbər İmanov iştirak ediblər.

Veriliş bir - birindən maraqlı çıxışlarla yadda qalıb. Sonda qonaqlara Fəxri Diplom təqdim olunub.

Qeyd edək ki, Mədinə Muradova xanəndəlik ixtisası üzrə 4 nömrəli musiqi məktəbində 5 ildir təhsil alır və uzun müddətdir ki, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyininin aktiv üzvlərindəndir.

Şagirdimiz Mədinəyə və onun timsalında bütün şagirdlərimizə uğurlar diləyir, hər birinə müvəffəqiyyətlər arzu edirik.

https://youtu.be/nnJHgtylTOI?si=wvNHChv33RbGCGY3

#MusiqiTəhsili

#BakıMəktəbləri

#İstedadlıŞagirdlər

#Məktəb67

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi