Məktəbdə Yel çərşənbəsi qeyd edilib

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Məleykə Muradovanın təşkilatçılığı ilə V "b" sinfində yel çərşənbəsi qeyd edilib.

Tədbirdə şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib, rəqs və səhnəciklər nümayiş etdirilib, Novruzun adət-ənənələri xatırlanıb, yumurta döyüşü, səməni yarışı keçirilib, sinfin idmançıları öz məharətlərini göstəriblər.

Sinif rəhbəri Məleykə Muradova çıxış edərək hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Tədbirin sonunda yumurta döyüşü və səməni yarışının qalibləri sinif rəhbəri tərəfindən mükafatlandırılıb.

Hər kəsi Yel çərşənbəsi münasibətilə təbrik edir, bol ruzi-bərəkət, sağlamlıq, xoşbəxtlik arzulayırıq.

https://youtu.be/uBMnzJrQRgA?feature=shared

#EduAz

#Məktəb67

#Novruz2024

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi