Uğurunuz uğurumuzdur

67 nömrəli tam orta məktəbin X sinif şagirdi Cəmil Şirinov Beynəlxalq Dilçilik Olimpiadasında iştirak edərək III yerə layiq görülüb. Qaliblər təşkilati heyət tərəfindən diplom və medallarla təltif edilib.
Cəmil Şirinovu qazandığı uğur münasibətilə kollektivimiz adından təbrik edir, ona növbəti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.