Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin şagirdləri növbəti dəfə uğurları ilə ailə üzvlərini və kollektivimizi sevindiriblər. Belə ki, 10 mart 2024-cü il tarixində AMO 2023 (American Mathematics Olypiad) qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 67 nömrəli məktəbin şagirdləri Nicat Orucov, Murad Qarayev, İbrahim Cəfərli və Cəmil Şirinov AMO 2023 qalibləri olaraq mükafatlandırma mərasimində iştirak ediblər.

Qeyd edək ki, şagirdlərimizdən Nicat Orucov və İbrahim Cəfərli bürünc, Murad Qarayev və Cəmil Şirinov gümüş medal və diplomla təltif olunublar.

Təltifetmə zamanı məktəbin direktoru İradə Bayramova şagirdlərinin yanında yer alaraq onlara dəstək olub və sevinclərini bölüşüb. İradə xanım qalibləri təbrik edərək, uğurlarının davamlı olmasını arzulayıb.

Qalibləri kollektivimiz adından təbrik edir, onlara növbəti fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik.

#EduAz

#Məktəb67

#AMO2023

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi