8 Mart Beynəlxalq Qadınlar Günü

 67 nömrəli tam orta məktəbin ibtidai siniflərində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Direktor müavini Yeganə Muradova və ibtidai sinif müəllimlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səslənən müsiqilər, şeirlər, ifa edilən rəqslər analara ithaf olunub.

Qeyd edək ki, tədbirin qonağı ibtidai sinif şagirdlərinin valideynləri olublar.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə kollektivimizin bütün xanımlarını, həmçinin səhifəmizin bütün xanım izləyicilərini təbrik edir, onlara bir ömür boyu xoşbəxtlik arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi