Əylənərək öyrənirik

67 nömrəli tam orta məktəbin IV "ğ" sinfində ibtidai sinif müəllimi Növrəstə Nuriyevanın təşkilatçılığı ilə "Əylənərək öyrənirik" adlı riyazi yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şagirdləri əylənərək öyrənməyə sövq etmək, onlarda riyazi biliklərin möhkəmləndirilməsi, əməkdaşlıq bacarıqlarının formalaşdırılması olub.
Maraqlı yarışın təşkilində əməyi olanlara təşəkkür edir, şagirdlərimizi əylənərək öyrənməyə dəvət edirik.