Məktəbdə idman həftəsinə start verilib

 Elm və Təhsil Nazirliyinin 28 fevral 2024-cü il tarixli, 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

67 nömrəli tam orta məktəbdə idman həftəsinə səhər gimnastikası ilə start verilib. Fiziki tərbiyə müəllimi Kamil İsmayılov sıra düzülüşü zamanı şagirdlərə səhər gimnastikası etdirib, onlara idman həftəsinin başlanması, 5 Mart Bədən Tərbiyəsi və İdman Günü barədə məlumat verib.

İdman həftəsi idmana olan marağın artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə keçirilir.

5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar müəyyənləşdirilmiş proqrama əsasən 67 nömrəli məktəbdə müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulub.

#ElmvəTəhsilNazirliyi

#İdmanhəftəsi

#67nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi