Riyaziyyat fənni üzrə növbəti intellektual yarış keçirilib

67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına uyğun olaraq riyaziyyat fənn aylığı çərçivəsində intellektual yarış keçirilib. Direktor müavini Yeganə Muradovanın təşkilatçılığı ilə baş tutan yarışda məktəbin IV sinif şagirdlərindən ibarət komandalar iştirak edib.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında riyaziyyat fənninə olan marağın artırılması, sağlam rəqabət hissinin formalaşdırılması, fənnin tədrisi vəziyyətinin yoxlanılması olub.
Yarışın sonunda qaliblər məktəb müdiriyyəti tərəfindən diplomla təltif olunublar.
Bütün iştirakçılara uğurlar arzulayır, qalibləri təbrik edirik