1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş nümunəvi dərslər

67 nömrəli tam orta məktəbin I-XI siniflərində 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş nümunəvi dərslər keçirilib.
Nümunəvi dərslərdə fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsiz təxliyə qaydaları barədə söhbət aparıb.
Məktəbin direktor müavini, məktəb üzrə Mülki Müdafiə Qərargah rəisi Ceyran Məmmədova və Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Muraz Sadıqov çıxış edərək Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri, bu sahədə həyata keçirilən profilaktik tədbirlər, təbii fəlakətlər zamanı düzgün davranış qaydaları, təhlükəsiz təxliyə üçün əsas şərtlər, baş verə biləcək hər hansı bir fövqəladə hadisə zamanı özünümüdafiə üçün vacib olan əməllər və s. barədə dolğun məlumat veriblər.
Həmçinin bəzi siniflərdə müəllimlərin təşkilatçılığı, şagirdlərin iştirakı ilə mövzuya aid səhnəciklər nümayiş etdirilib və əyani şəkildə ilk tibbi yardım, tibbi fərdi mühafizə vasitələrindən istifadə qaydaları göstərilib.