Sağlam gələcəyimiz üçün sağlam mühitin yaradılması

 67 nömrəli tam orta məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasını məqsədilə lazımi tədbirlər görülməkdədir.

Bu məqsədlə müntəzəm olaraq Qızıl üçbucağın tərəfləri - müəllim, valideyn və şagirdlərin birgə görüşləri təşkil edilir, onların problemləri dinlənilir, lazımi köməklik göstərilir.

Metodbirləşmə rəhbərləri və fənn müəllimləri, sinif rəhbərləri ilə müdiriyyət tərəfindən iclaslar keçirilir və lazımi təlimatlar verilir.

Həmçinin məktəbin hər iki korpusunda mühafizəçilərin fəaliyyəti təşkil olunaraq təhlükəsiz mühitin yaradılması üçün lazımi şərait yaradılır.

Məktəbin dəhlizində şagirdlərin düzgün davranış qaydalarının əks olunduğu stendlər yerləşdirilərək həmin qaydalara şagirdlərin əməl etmələri təmin olunur. Şagirdlərin məktəbə gətirdikləri telefonlar artıq 10 ildən çoxdur ki, müdiriyyət tərəfindən hazırlanmış xüsusi guşədə yığılaraq mühafizə olunur və dərs çıxışında sahiblərinə geri verilir.

Məktəbdə fəaliyyət göstərən Məktəblinin Dostu layihəsinin icraçıları şagirdlərlə yaxından tanış olur, onların fikirlərini dinləyərək yarana biləcək hər hansı təhlükənin qarşısını almaqla bağlı öz öhdələrinə düşən vəzifələri həyata keçirirlər.

Şagirdlər arasında bullinq hallarının qarşısının alınması məqsədilə mütəmadi şəkildə psixoloji söhbətlər aparılır.

Görülən bütün tədbirlər şagirdlərin sağlam mühitdə təhsil almalarını və həm fiziki, həm də psixoloji sağlam fərdlərin yetişdirilməsini təmin etmək üçün icra olunur və olunmağa davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi