1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş sərgi

67 nömrəli tam orta məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
Belə tədbirlərdən biri məktəbin direktor müavini, məktəb üzrə Mülki Müdafiə Qərargah rəisi Ceyran Məmmədova və Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Muraz Sadıqovun birgə təşkilatçılığı ilə keçirilən sərgi olub.
Sərgidə Mülki Müdafiə vasitələrinin sıra baxışı keçirilib, məktəb kollektivi və şagirdlərə Mülki Müdafiə vasitələri nümayiş etdirilib, istifadə qaydaları praktiki olaraq izah edilib.
Sərginin təşkili və keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik. Belə maarifləndirici tədbirlər şagirdlərin hərtərəfli inkişafı üçün olduqca böyük önəm kəsb edir.