Məktəbdə sertifikatlaşdırma ilə bağlı görüş keçirilib

28 fevral 2024-cü il tarixində 67 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanında iştirak edəcək riyaziyyat, rus dili və ingilis dili müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə müəllimlərin imtahan öncəsi akademik və metodik ehtiyacları müzakirə edilib, imtahana hazırlıq səviyyələri barədə fikir mübadiləsi aparılıb. Həmçinin BŞTİ rəhbərliyinin 20 nömrəli məktəbdə 3 rayon üzrə müəllimlər və fənn birləşmə sədrlərinin iştirakı ilə keçirdiyi sertifikatlaşdırma ilə bağlı iclasda iştirak etmiş müəllimlər iclasda səsləndirilmiş fikir və tövsiyələri öz həmkarları ilə bölüşüblər.
Görüşdə məktəbin direktor müavinlərindən Ceyran Məmmədova və Təranə Əlisoy iştirak edərək öz fikir və təkliflərini səsləndiriblər. Sonda müəllimlərə qarşıdan gələn imtahanda uğurlar arzu edərək görüş sonlandırılıb.
Məktəb kollektivi adından imtahan verəcək olan bütün müəllimlərə zehin açıqlığı və müvəffəqiyyətlər arzulayırıq.