Muzeydə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

 Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı, 67 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Valideyn Müəllim Assosiasiyasının dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Müharibə uşaqları...” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Muzeyin əməkdaşı Aynur Babayeva çıxış edərək, iştirakçılara foto-slayd nümayişi ilə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyası tərəfindən 2014-cü ildə çəkilən “Müharibə uşaqları...” adlı Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub. Sənədli filmin rejissoru və ssenari müəllifləri Şamil Nəcəfzadə, Sara Oğuz Nəzirovadır. Böyük maraqla izlənən filmin nümayişindən sonra tədbir iştirakçıları ilə soyqırımla bağlı fikirlər söylənilib və şeirlər səsələndirilib. Tədbirdə Sabunçu rayonu 67 saylı tam orta məktəbin direktor müavini Azad Kələşov çıxış edərək, muzeyin rəhbərliyi və təşkilatçılara belə maarifləndirici tədbirin keçirilməsinə görə öz dərin minnətdarlığını bildirib. Bu kimi tarixi günlərin keçirilməsinin gənc nəslin biliklərinin inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Daha sonra məktəblilər arasında Xocalı faciəsinə həsr olunmuş intellektual tapşırıq keçirilib. “Xocalı” yazısı ətrafında hər bir iştirakçı düşündüyü ilk soyqırımı fikirlərini yazaraq bildiriblər.

Sonda iştirakçılara Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiya keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi