Uğurunuz uğurumuzdur

 67 nömrəli tam orta məktəbin III "a" sinif şagirdi Misirov Əlövsət Natiq oğlu məktəbimizə növbəti birincilik müjdəsini gətirib.

Əlövsət Misirov "Xocalı İdman Klubu"nun Kikboksinq idman növü üzrə Bakı şəhərində təşkil etdiyi VI Xocalı Kuboku yarışında 9 yaşlılar arasında 30 kq. çəki dərəcəsi üzrə I yerə layiq görülüb.

Məktəbin direktoru İradə Bayramova III "a" sinif şagirdləri və sinif rəhbəri Aytən Əsgərova ilə birlikdə Əlövsətin qələbə sevincini bölüşərək onu təbrik edib. İradə Bayramova çıxış edərək şagirdlərin mənəvi və fiziki sağlamlığının düzgün inkişafında idmanın rolu barədə söhbət aparıb, Əlövsət Misirovun birincilik diplomu və kubokunu ona təqdim edib.

Əlövsəti qazandığı uğur münasibətilə kollektivimiz adından təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi