Ömrünü peşəsinə həsr edən təhsil fədaisi

  Bugün məktəb kollektivi üçün əlamətdar gündür. Çünki ömrünü doğma elm ocağına həsr etmiş, peşəsini sevə-sevə icra edən, şagirdləri üçün hər zaman qayğıkeş ana, kollektivi üçün əvəzolunmaz rəhbər, eyni zamanda mehriban və səmimi insan olan, təhsilimizin inkişafı üçün əlindən gələni əsirgəməyən təhsil fədaisi, 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovanın doğum günüdür. Bu münasibətlə İradə Bayramovanı kollektivimiz adından təbrik edir, ona sağlam can, tükənməz xoşbəxtlik, uğurlu həyat arzu edirik. Bütün xeyirxah işlərdə bizə nümunə olan, kollektivimizi hər zaman motivasiya edərək tərəqqiyə aparan İradə xanımın 67 nömrəli məktəbin inkişafında rolu danılmazdır. Belə bir insanın rəhbərlik etdiyi kollektivin üzvü olmaq qürurvericidir.  Ad gününüz mübarək, əzizimiz İradə Bayramova!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi