Coğrafiya fənni üzrə yarış keçirilib

  67 nömrəli tam orta məktəbin Coğrafiya müəllimləri tərəfindən olduqca maraqlı intellektual yarış keçirilib.

Yarış VII sinif şagirdlərindən ibarət 9 komanda arasında həyata keçirilib. Coğrafiya müəllimləri Qüdrət Məmmədova, Nüşabə Əbilova, Səbinə Seyidova və Mərziyə Məhərrəmovanın birlikdə təşkil etdikləri yarışda məktəbin direktor müavini Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy və biologiya müəllimi Lətafət Səfərova münsiflər heyəti qismində iştirak ediblər.

Sonda "Xristofor Kolumbun Hindistana dəniz səhahəti" adlı səhnəcik nümayiş etdirilib.

İlk 3 yerin sahibləri və səhnəciyin iştirakçıları diplomla təltif olunublar.

Diplomlar məktəbin direktoru İradə Bayramova tərəfindən təqdim edilib. İradə Bayramova çıxış edərək qalibləri təbrik edib və onlara növbəti fəaliyyətlərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi