Təqaüddə olan müəllimlərimizlə görüş

11.02.2017-ci il tarixində məktəbimizin 120 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri, təqaüddə olan, bir vaxtlar bizim məktəbimizin kollektivində çalışan müəllimlərlə görüş keçirildi. Görüş zamanı uzun müddətdir bir-birini görməyən qonaqlarımız unudulmaz xatirələrini bizimlə bölüşdülər. Rəhmətə gedən müəllimlərimizi bir dəqiqəlik sükutla yad etdik. Şagirdlərimizin çıxışlarını izlədik, qonaqlarımızın ürək sözlərini maraqla dinlədik. Bəzən qəhərləndik, bəzən də gülüş dolu anlar yaşadıq. Kimisi aĝlatdı, kimisi güldürdü xatirələri ilə. 67 nömrəli məktəbin 120 illik, 3 əsrlik tarixi lent yazıları və şəkillərlə yenidən canlandı.Müəllim anadan müəllim doqulmalıdır və sənətini sevərək həyata keçirməlidir.Qocaman müəllimlərimizin hələ də çalışmaq,öyrətmək,gənc nəslə kömek etmək istəyini gördükcə onların həqiqətən öz sənətlərini sevdikləri və həyat eşqi ilə yaşadıqlarına bir daha şahid oluruq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi