Yaradıcı müəllimlər təltif olunub

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sevindirici haldır ki, təltif olunan müəllimlərdən biri 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Muraz Sadıqov olub.

Qeyd edək ki, II Qarabağ-Vətən müharibəsinin veteranı, Qazi, III qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov həm hərb sahəsində, həm də təhsil sahəsində gənclərimizin inkişafı üçün əlindən gələni əsirgəməyib və işinin öhdəsindən layiqincə gəlib.

Muraz Sadıqovu qazandığı uğur münasibətilə kollektivimiz adından təbrik edir, ona növbəti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #YaradıcıMüəllim #Mükafatlandırılma

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi