Məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib

   67 nömrəli tam orta məktəbdə 30 yanvar 2024-cü il tarixində məktəbin Fəaliyyət Planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirilib.

Məktəbin direktoru İradə Bayramova iclası açıq elan etdikdən sonra gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırıb.

Direktor müavinləri Ceyran Məmmədova və Təranə Əlisoy çıxış edərək I yarımildə keçirilən monitorinq nəticələri, Böyük Summativ Qiymətləndirmə və yarımillik qiymətlər haqqında hesabat veriblər. Həmçinin Azərbaycan dili, ingilis dili və riyaziyyat fənlərinin tədrisi vəziyyəti müzakirə olunub, zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verilib, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi planlaşdırılıb.

II yarımildə kollektivimizə uğurlar diləyir, növbəti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi