Uğurunuz uğurumuzdur

   67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramovaya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Təşəkkürnamə təqdim olunub.

Təşəkkürnamədə 2023/2024-cü tədris ilində keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək Bakı Ali Neft Məktəbinin tələbəsi olan Məhəmməd Əliyevin qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər, bu nailiyyətlərin əldə olunmasında məktəb rəhbərliyi və müəllimlərin əvəzsiz rolu qeyd olunub.

Elmar Qasımov məktəb rəhbərliyini və kollektivin bütün üzvlərini təbrik edərək, nümunəvi gənclərin yetişdirilməsində əvəzsiz rolu olan bütün müəllimlərə təşəkkürünü bildirib.

Biz də öz növbəmizdə məzunumuz Məhəmməd Əliyevi təbrik edir, onun uğurlarında payı olan bütün müəllimlərimizə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi