I yarımil üzrə Böyük summativ qiymətləndirmələrə start verilib

67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planının müvafiq bəndinə əsasən 2023-2024-cü tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmələrə start verilib.
IV siniflərdə 18 yanvar, V-XI siniflərdə isə 17 yanvar tarixindən başlayan BSQ bu həftə ərzində davam edəcək.
BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq standartlar əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini qiymətləndirmək, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmələrin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən Təşkilat, Nəzarət və Yoxlama Komitələri yaradılıb.
Böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqlənərək şagird və valideynlərin nəzərinə çatdırılıb.
BSQ-lərin təşkili və keçirilməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, şagirdlərimizə uğurlar arzulayırıq.