20 Yanvar faciəsinin 34-cü il dönümü qeyd olunub

   19 yanvar 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbin tarix müəllimi Sevinc Quluzadənin təşkilatçılığı, Uşaq Birliyi Rəhbəri Nigar Mirzəcanovanın dəstəyi ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

VI "a" sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə mövzuya aid videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər, məlumatlar, mahnılar səsləndirilib, qanlı Yanvar faciəsinin unudulmaz anları səhnələşdirilib.

Tədbirdə məktəbin direktor müavini Təranə Əlisoy, biologiya müəllimi Günel Xasaylı qonaq qismində iştirak ediblər.

Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi keşməkeşli yollar çətin, verdiyi itkilər ağır olsa da xalqımız tükənmək bilməyən ümidi və sarsılmaz birliyi sayəsində bütün çətinliklərin öhdəsindən gəlməyi bacarıb. 20 Yanvar faciəsi Azərbaycan xalqının əzminin növbəti sübutudur.

Allah şəhidlərimizə rəhmət eləsin. Amin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi