Riyaziyyat fənnindən nümunəvi dərs

 67 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Kəmalə Əliyevanın təşkilatçılığı ilə VIII "a" sinfində "Dördbucaqlılar" mövzusuna həsr olunmuş nümunəvi dərs keçirilib. Dərs interaktiv formada, qruplarla iş aparılaraq təşkil olunub.

Məktəbin direktor müavinləri Ceyran Məmmədova və Gülnarə Bağırovanın, riyaziyyat müəllimi Sevda İsgəndərovanın dinlədikləri dərs olduqca maraqlı və faydalı biliklərlə zəngin olub. Dərsdə vaxt bölgüsü düzgün aparılıb, zəif şagirdlərin dərsə cəlb olunması təmin olunub.

Belə maraqlı dərsin təşkilinə görə fənn müəllimi Kəmalə Əliyevaya təşəkkür edir, növbəti fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi