Müəllimlərin iştirakı ilə nümunəvi dərs keçirilib

67 nömrəli tam orta məktəbin direktor müavini Yeganə Muradovanın təşkilatçılığı, ibtidai sinif müəllimlərinin iştirakı ilə nümunəvi dərs təşkil edilib. Dərs "Ünsiyyət mədəniyyəti" mövzusuna həsr olunub. Əsas məqsəd müəllimləri dərslərin düzgün təşkili istiqamətində maarifləndirmək, təcrübəli müəllimlərin fikir və təkliflərindən faydalanmaq olub.
Dərs zamanı kiçik və böyük qruplarla, cütlərlə, kollektiv və fərdi iş formalarından istifadə edilib. Maraqlı tapşırıqlar icra olunub, meyarlara uyğun qiymətləndirmə aparılıb.
Belə maraqlı nümunəvi dərsin təşkilində əməyi olan hər kəsə təşəkkür edir, növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.