Ağaclar kəsilməsin!

Yanvar ayının ilk 10 günlüyündə məktəbimizdə "Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Ağaclar kəsilməsin" adlı aksiya keçirilmişdir. Aksiya nəticəsində yaratdığımız könüllülər qrupunun üzvləri məktəbin bütün siniflərindən yenidən emala göndərmək məqsədi ilə istifadəyə yararsız kağızlar, köhnə dəftərlər və istifadəyə yararsız kitablar toplamış və aidiyyatı qurumlara göndərilməsi üçün kitabxanamıza təhvil verilmişdilər. Kağızların bundan sonra da yığılması məqsədi ilə məktəbdə məhz kağızların atılması üçün nəzərdə tutulmuş zibil qabları qoyulmuşdur. İnanırıq ki, şagirdlərimiz bu təşəbbüsü dəstəkləyəcək, evlərində də tətbiq edəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi