Ekologiya və iqtisadiyyat

25.01.2017-ci il tarixində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində keçirdiyimiz tədbirlərin yanvar ayı üzrə yekunu "Ekologiya və iqtisadiyyat" mövzusuna həsr olunmuş seminar oldu. Seminarda könüllülər qrupunun üzvləri, digər siniflərin liderləri iştirak etmiş, maraqlı fikir və təkliflərini səsləndirmişlər. Seminarın təşkilatçısı təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Məleykə olmuş, qonaq qismində coğrafiya müəllimi Məmmədova Qüdrət və məktəbin psixoloqu Məmmədova Lalə iştirak etmişdir. Əsas məqsəd gündəlik həyatda və gələcəkdə təbiətə daha az ziyan vurmaqla daha çox gəlir əldə etməyin yolları haqqında şagirdləri məlumatlandırmaq, onların fikir və təklifləri ilə tanış olmaq, daha səmərəli təklifləri dəyərləndirməkdir. Təbiətdən istifadənin sənaye cəhətdən inkişaf etmiş ölkələrdə aparıcı prinsipi ekoloji iqtisadi prinsipdir ki, burada təsərrüfatın fəaliyyət effektliyinin meyyarı, minimum xərc qoyulmaqla maksimum iqtisadi nəticələrə və təbii mühitin minimum pozulmasına nail olmaqdır. Təbiətdən istifadə, ekosistem və onu təşkil edən sahələrin dinamik tarazlığını saxlaya bilən, maksimum iqtisadi effekt qazanan yeni sosioekoloji prinsipə əsaslanmalıdır. Bu prinsipin tətbiqi təbiətdən istifadədə təbiətin passiv mübadiləsindən aktiv səmərəli mühafizəyə, təbii resurslardan səmərəli istifadəyə, insanın yaşama, məskun mühitinin optimallaşdırılmasına imkan verər. Sosial-iqtisadi inkişaf, mütləq şəkildə ətraf mühitin keyfiyyətinin saxlanılmasına və bərpa olunmasına xidmət etməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi