İstedad sorağında

Məktəbimizin 120 illik yubileyinə həsr olunmuş “İstedad sorağında” yarışması böyük həvəslə və həyəcanla davam etməkdədir. Yarışmanın V-VI siniflər arasında keçirilməsi nəzərdə tutulsa da, müəllim və şagirdlərin maraq və istəklərini nəzərə alaraq artıq bütün siniflər üzrə keçirilməyə başlamışdır. Qaydalara əsasən istedadlarını nümayiş etdirən şagirdlər 10 ballıq sistem üzrə qiymətləndirilir. Yarışmada sinif rəhbərlərinin təşkilatçılıq qabiliyyəti və sinfin tərtibatı da ayrıca qiymətləndirilir. Layihənin rəhbəri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Məleykə, münsiflər heyətinin üzvi musiqi müəllimi Ağamalıyeva Sevildir. Layihənin planına əsasən sonda hesabat konserti veriləcək, istedadlı şagirdlər və siniflə iş prinsipinə görə fərqlənən müəllimlər tərifnamələrlə təltif olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi