Tarix fənn aylığı davam edir

67 nömrəli tam orta məktəbdə tarix fənni üzrə fənn aylığı çərçivəsində növbəti viktorina keçirilib. Yarışda məktəbin Azərbaycan və rus bölmələrini təmsil edən VI sinif şagirdlərindən ibarət komandalar iştirak edib. I yeri VI "a" sinfinin “Eneolit" komandası, II yeri VI "c" sinfinin "Paleolit" komandası, III yeri isə VI "b" sinfinin “III Tutmos” komandası tutub.
Yarışın qalibləri müdiriyyət tərəfindən hədiyyələr və təltifnamələrlə mükafatlandırılıb.
Qalib komandaları təbrik edir, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayırıq.