VII və IX siniflərdə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə VII və IX sinif şagirdlərinin buraxılış fənləri üzrə monitorinqi keçirilib. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqlar Azərbaycan və rus bölmələri üzrə iki variantda hazırlanıb. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.
Monitorinqin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, bütün şagirdlərimizə uğurlar arzulayırıq.