Fövqəladə hallar haqqında maarifləndirici tədbir

14 dekabr 2023-cü il tarixində 67 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici tədbir təşkil edilib.
Nazirliyin müvafiq əmrinə əsasən fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə "Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusuna həsr olunmuş ətraflı söhbət aparılıb.
Tədbirdə 50 nəfərədək müəllim və şagird heyəti iştirak edib. İnteraktiv formada keçirilən tədbirdə mövzuları əhatə edən videoçarxlar nümayiş etdirilib.
Məktəbin direktoru İradə Bayramova və Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Muraz Sadıqov qonaqlarla birlikdə tədbirdə iştirak edərək mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.
Sonda qonaqlar məktəb muzeyi ilə tanış olaraq xatirə şəkli çəkdiriblər.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları: Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü Dövlət Yanğın Nəzarəti ərazi İdarəsinin böyük inspektoru Fərid Qonaqov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun böyük inspektoru Fərid İlhamoğlu, Təlim və Əməliyyat-Planlaşdırma şöbəsinin baş zabiti Rauf Məmmədov, Əhalinin Mülki Müdafiəyə Hazırlığı şöbəsinin rəisi Faiq Balakişiyev, Əhalinin Maarifləndirilməsinin Təşkili bölməsinin zabiti Paşa Əliyev, Rayon FH və MM şöbəsinin baş zabiti Müşviq Əbdülov iştirak ediblər.
Qeyd edək ki, tədbir dinləyicilər tərəfindən böyük razılıq və maraqla qarşılanıb. Faydalı məlumatlarla zəngin belə bir tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə kollektivimiz adından təşəkkür edir, növbəti fəaliyyətlərində uğurlar arzulayırıq.