Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya

 67 nömrəli tam orta məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Muraz Sadıqovun təşkilatçılığı ilə X "f" sinif şagirdləri və sinif rəhbəri Lətafət Səfərova Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.

II Qarabağ-Vətən müharibəsinin veteranı, Qazi, III qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov ekskursiya zamanı şagirdlərə maarifləndirici məlumatlar verib, muzeydəki eksponatlarla onları tanış edib. Şagirdlər Azərbaycan Hərb tarixinə məxsus olan silah-sursat, döyüş və digər hərbi texnikalar, əsgər və zabitlərin geyim formaları, ərazimizin döyüş və siyasi xəritələri, Vətən müharibəsində tətbiq olunan Hilal (Aypara) taktikasının maketləri, şəhidlərimizin şəxsi əşyaları, müasir döyüş vasitələri ilə yaxından tanış olublar.

Belə maraqlı ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkür edir, vətənpərvər gənclərin yetişdirilməsi kimi önəmli və məsuliyyətli işdə müəllimlərimizə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi