Biologiya fənni üzrə nümunəvi dərs

 67 nömrəli tam orta məktəbin biologiya müəllimi Günel Xasaylının təşkilatçılığı ilə VIII "e" sinfində biologiya fənni üzrə nümunəvi dərs keçirilib.

Dərsin məqsədi şagirdlərə qanın tərkibini, damarlarda hərəkətini izah etmək, onların mövzu ilə bağlı ətraflı maarifləndirilməsini təmin etmək olub.

Nümunəvi dərsdə elektron vəsaitlərdən məqsədyönlü şəkildə istifadə olunub. Şagirdlərin əksəriyyəti qoyulmuş təlim məqsədinə çatıblar. Dərsdə direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy və biologiya müəllimi Lətafət Səfərova müşahidəçi qismində iştirak ediblər.

Dərsin sonunda fənn müəllimi və müşahidəçilərin birlikdə müzakirəsi baş tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi