Ulu öndər Heydər Əliyev ehtiramla yad edilib

 67 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri Nigar Mirzəcanovanın təşkilatçılığı ilə rus bölməsindən olan V "h" sinfində ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilində Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin V "h" sinfinin sinif rəhbəri Natiqə Məmmədova və fənn müəllimlərindən Aygün Məmmədova yaxından iştirak ediblər.

Tədbirdə Ulu öndərin həyat və fəaliyyəti işıqlandırılıb. Müdrik rəhbər haqqında yazılmış şeirlər, mahnılar ifa edilib, Ulu öndərin söylədiyi dəyərli kəlamlar, dahiyanə fikirlər şagirdlər və müəllimlər tərəfindən səsləndirilib.

Tədbirdə məktəbin direktor müavinləri Ceyran Məmmədova və Təranə Əsədova, musiqi müəllimi Sevil Ağamalıyeva və rus dili müəllimi Günay Səttarova qonaq qismində iştirak ediblər.

Xalqımızın sönməz Günəşi, ulu öndər Heydər Əliyev cismani olaraq 20 ildir ki,aramızda yoxdur. Onun tarixə qızıl hərflərlə yazılan fəaliyyəti, doğma vətənə, xalqa sevgisi bu böyük şəxsiyyəti ölməzliyə, əbədiyyətə qovuşdurub. Xalqının taleyinə sonsuz sevgi ilə alışıb-yanan bu Günəşin nuru hələ çox əsrlər sonra da yollarımıza işıq saçacaqdır.

Dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.

https://youtube.com/watch?v=e-TRC95iv7g&si=mR_u03RQOxhNYay8

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi