Kollektivdə ağır itki

 Təəssüf hissi ilə bildiririk ki, 67 nömrəli tam orta məktəbin Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri, I Qarabağ müharibəsi veteranı Oktay Əhmədov Əsgər oğlu 9 dekabr 2023-cü il tarixində gecə 23:30 radələrində qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Oktay müəllim 13 oktyabr 1968-ci ildə Qazax rayonunda dünyaya gəlib.

1986-1988-ci illərdə Sovet ordusunda xidmət edib. 1986-cı ildə Bakı Yerli Sənaye texnikomuna qəbul olunub və 1991-ci ildə oranı bitirib. Həmin il Bakı Neft institutuna daxil olub və 1991-ci il 11 noyabr tarixində könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə ilk yaranan 18110 №li taburunda xidmətə başlayıb. Həmin il Noyabr-Dekabr aylarında Xocavənd rayonu Qaradağlı kəndində, Ağdam rayonunda, Daşaltı əməliyyatında Kəlbəcər-Ağdərə, Murovdağ, Fizuli, Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak edib. 2002-ci ildə təxris olunub. 2004-cü ildən 67 №li tam orta məktəbdə Gənclərin Çağrışaqədərki Hazırlığı üzrə Hərbi Rəhbəri vəzifəsində işləməyə başlayıb.

Müsbət insani keyfiyyətləri ilə valideyn, şagird və müəllim kollektivinin sevimlisi olan Oktay Əhmədov qəfil ölümü ilə hər kəsi çox sarsıtdı.

Allahdan Oktay müəllimə rəhmət diləyir, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Məkanın cənnət, ruhun şad olsun, Oktay müəllim!

https://youtu.be/Ix63RI_cAYQ?si=Np3RwKgFWFOYlSYs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi